Bank Of Baku

Dəniz Baykalla onun yerinə ən şanslı namizəd sayılan Kamal Kılıçdaroğlu arasında görüş keçirilib

Dəniz Baykalla onun yerinə ən şanslı namizəd sayılan Kamal Kılıçdaroğlu arasında görüş keçirilib
# 14 may 2010 12:36 (UTC +04:00)
APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, D. Baykalın Ankaradakı evində 1,5 saat davam edən görüşdən sonra K. Kılıçdaroğlu media mənsubları qarşısında qısa açıqlama ilə çıxış edib.

K. Kılıçdaroğlu bildirib ki, D. Baykal CHP rəhbərliyinin razılaşdırdığı namizədə dəstək verəcəyini söyləyib: “Hörmətli Baykal partiyada birliyin qorunmasının zəruriliyini vurğuladı. Partiya bir namizədin üzərində anlaşarsa, bu namizədə dəstək verəcəyini dedi. O, partiya təşkilatlarının ortaq razılığının olmasını vacib sayır. Biz bu prosesdə partiya içində ayrılıqların olmasını istəmirik”.

Qeyd edək ki, 1948-ci il təvəllüdlü Kamal Kılıçdaroğlu CHP parlament fraksiyasının həmsədridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR