Bank Of Baku

Yorqo Papandreu: «Ərdoğanın səfəri tarixi xarakter daşıyır»

Yorqo Papandreu: «Ərdoğanın səfəri tarixi xarakter daşıyır»
# 15 may 2010 01:58 (UTC +04:00)
Bakı-APA. Yunanıstan baş naziri və xarici işlər naziri Yorqo Papandreu Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Afinaya adi yox, tarixi bir səfər etdiyini bildirib.

İmzalanan anlaşmaların səfərin tarixi olduğunun göstəricisi olduğunu deyən Papandreu həm Ərdoğanın, həm də özünün bu səfərin tarixi olaraq qalması arzusunda olduqlarını vurğulayıb. Papandreu Ərdoğanın təşəbbüskar cəsur bir lider olduğunu da qeyd edib.

«Son illərdəki dialoqumuzu gözdən keçirib irəliyə doğru necə addım atacağımızı müzakirə etdik», deyən Papandreu tərəflərin böyük önəm daşıyan gündəlik mövzularda irəliləyiş əldə olunması yönündə çalışdıqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR