Bank Of Baku

Ərdoğanın Afina səfəri çərçivəsində 22 saziş imzalanıb

Ərdoğanın Afina səfəri çərçivəsində 22 saziş imzalanıb
# 15 may 2010 02:41 (UTC +04:00)
Bakı-APA. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Afina səfəri çərçiəvsində iki ölkə arasında 22 saziş və protokol imzalanıb.

Türkiyə və Yunanıstan arasında həyata keçirilən ilk Yüksək Səviyyəli Əməkdaşlıq Şurası iclasından sonra baş tutan imzalanma mərasimində türk və yunan tərəfindən müvafiq nazirlər qarşılıqlı olaraq imza atıblar. Baş nazirlər Ərdoğan və Papandreu hər atılan imzadan sonra nazirləri alqışlayaraq təbrik ediblər.

Sazişlər Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yaradılmasından tutmuş, xarici siyasət, rabitə, nəqliyyat, kənd təsərrüfatı və sairə sahələri əhatə edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR