Bank Of Baku

Türkiyə və Yunanıstan qarşılıqlı olaraq silahların azaldılmasını müzakirə ediblər

Türkiyə və Yunanıstan qarşılıqlı olaraq silahların azaldılmasını müzakirə ediblər
# 15 may 2010 04:54 (UTC +04:00)
Bakı-APA. Yunanıstan baş naziri və xarici işlər naziri Yorqo Papandreu Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ilə keçirdikləri görüşdə «silahların qarşılıqlı olaraq azaldılması nöqtəsinə gəlinməsində və bu sahəyə ayrılan vəsaitlərin digər sahələrə yönəldilməsi məsələsində fikir birliyi əldə olunduğunu» bildirib.

Papandreu Türk-Yunan Biznes Forumunda etdiyi çıxışda iki ölkə arasındakı inamsızlığın ortadan qaldırılmasının Türkiyə ilə Yunanıstan arasında biznes məsələsinin daha da inkişaf etdirilməsinə fayda verəcəyini qeyd edib.

«Biz həmçinin türk vətəndaşlarının bir günlük, bəlkə də daha uzunmüddətli vizasız səyahət etmələri məsələsini müzakirə etdik. Ancaq bu məsələdə Avropa Birliyi ilə razılaşmalıyıq. Əldə olunacaq nailiyyətin qaçaq mühacirlər üçün tranzit qapısı olmayacağına Avropa Birliyini inandırmalıyıq», deyə Yunanıstan baş naziri əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR