Bank Of Baku

Batumidə Türkiyənin baş naziri və Gürcüstan prezidenti arasında görüş keçiriləcək

Batumidə Türkiyənin baş naziri və Gürcüstan prezidenti arasında görüş keçiriləcək
# 17 may 2010 12:20 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Gürcüstan hökuməti mayın 17-də günün ikinci yarısı ölkəyə gələcək Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın səfərinə böyük önəm verir. APA-nın Gürcüstan xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze keçirdiyi brifinqdə deyib. O bildirib ki, Türkiyə Gürcüstan üçün nümunəvi qonşudur, önəmli strateji tərəfdaşlardan biridir və ölkənin əsas ticarət tərəfdaşıdır.

N. Kalandadze Batumidə qonaq baş nazirlə Gürcüstan prezidenti Mixail Saakaşvili arasında görüş keçiriləcəyini, R. T. Ərdoğanın türk sərmayəsi ilə inşa edilən “Şeraton” otelinin tikintisi ilə tanış olacağını açıqlayıb: “Türkiyə kimi ölkə Gürcüstana sərmayə qoyursa, bu, o deməkdir ki, yaranmış çətinliklərə baxmayaraq ölkəmizin biznes və sərmayə mühiti stabil və ciddidir. Bu, Qərb sərmayədarları və Gürcüstanın tərəfdaşları üçün çox vacibdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR