Bank Of Baku

Çexiyada sel təhlükəsinə görə min nəfər evakuasiya olunub

Çexiyada sel təhlükəsinə görə min nəfər evakuasiya olunub
# 18 may 2010 02:44 (UTC +04:00)
Bakı-APA. Sel təhlükəsi qarşısında Çexiyanın şərq rayonlarından min nəfər evakuasiya olunub.

Üçüncü gündür davam edən şiddətli yağışlar səbəbindən bölgədəki çayların səviyyəsi sürətlə artır. Odra, Olşe, Ostravisa və Morava sahillərindəki məntəqələrdən insanlar evakuasiya olunurlar. Bölgənin ən iri şəhərlərindən olan Karvina tamamilə ətraf dünyadan təcrid vəziyyətə düşüb.

Şimali Moraviyada hidroqurğular suyun təzyiqinə davam gətirmirlər. «Böhran həddi keçilib, bölgə suyun altında qala bilər», deyə Moraviya-Sileziya vilayəti Hidroqurğular idarəsindən bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR