Bank Of Baku

Polşada baş vermiş daşqın nəticəsində 5 nəfər ölüb

Polşada baş vermiş daşqın nəticəsində 5 nəfər ölüb
# 18 may 2010 19:31 (UTC +04:00)
Bakı-APA. Polşada baş vermiş daşqın nəticəsində 5 nəfər həlak olub. Krakov şəhəri su basma təhlükəsi ilə üz-üzədir.
APA-nın «Radio Svoboda»-ya verdiyi xəbərə görə Polşada minlərlə adam evakuasiya edilib, məktəblər bağlanılıb, nəqliyyat işləmir. Baş nazir Donald Tusk təbii fəlakət zonasına baxış keçirib.
Polşanın daxili işlər naziri Eji Millerin sözlərinə görə, bu il daşqının miqyası 1997 ildəki “əsrin daşqını”nın miqyası qədər olsun. Həmin ildə Polşada sel və daşqınlar nəticəsində onlarla Adam həlak olmuş, bir necə yaşayış məntəqəsi dağılmışdı.
Sinoptiklərin proqnozlarına görə Polşada yağışlar həftənin sonuna kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR