Bank Of Baku

Türkiyə və Rusiya baş nazirləri arasında telefon danışığı olub

Türkiyə və Rusiya baş nazirləri arasında telefon danışığı olub
# 20 may 2010 01:27 (UTC +04:00)
Bakı-APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının baş naziri Vladimir Putinlə telefonla danışıb. Telefon danışığında Ərdoğan bir daha İranın nüvə proqramı ilə əlaqəli probleminin əvvəldən dialoq və diplomatik yollarla həll olunmasının lazım olduğunun vacibliyini vurğulayıb. «Biz hər zaman bu yolu tövsiyə etdik. Türkiyə, Braziliya və İran arasında Tehranda imzalanan saziş dialoq və diplomatiyanın qələbəsidir».

Vladimir Putin isə İranın nüvə proqramı məsələsində Türkiyə və Braziliyanın apardığı fəaliyyət və səylərini təqdir etdiyini bildirib. Türkiyənin bir müddətdir apardığı fəaliyyətlərin diplomatiyaya əhəmiyyətli töhfə verdiyini deyən Putin BMT Təhlükəsizlik Şurasında İrana dair qərar qəbul edilməsi üçün danışıqların davam etdiyini, Türkiyənin səylərinin bunun üçün əlavə imkanlar yaratdığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR