Bank Of Baku

Eduard Şevardnadze: “Putin Gürcüstanla məşğul olmağı Primakova tapşırıb”

Eduard Şevardnadze: “Putin Gürcüstanla məşğul olmağı Primakova tapşırıb”
# 21 may 2010 09:32 (UTC +04:00)
Bakı – APA. Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze Rusiya ilə Gürcüstan arasında dialoqun ilk işartılarının ortaya çıxdığını bəyan edib. APA-nın xəbərinə görə, E. Şevardnadze “Vremya novostey” qəzetinə açıqlamasında Gürcüstanın nüfuzlu siyasətçiləri Zurab Noqaideli və Nino Burcanadzenin Rusiyaya səfərini və baş nazir Vladimir Putinlə görüşlərini buna misal kimi göstərib. O, V. Putinin Gürcüstanla məşğul olmağı Yevgeni Primakova həvalə etdiyini söyləyib: “Bu, sadəcə, başlanğıcdır. Başlamağın hər zaman çətin olduğunu nəzərə alsaq, bu, yaxşıdır. Lakin yaxın vaxtlarda sıçrayış gözləməyə dəyməz”.

E. Şevardnadze Rusiyanın Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımasını kobud səhv adlandırıb: “Əgər Abxaziya və Cənubi Osetiya müstəqilliyə layiqdirsə, onda 3 milyon əhalisi olan Çeçenistan niyə layiq deyil? Ya da 4,5 milyonluq Dağıstan, yaxud İnquşetiya. Düşünürəm ki, Rusiyanın bu səhvi əvvəl-axır düzəldiləcək. Ya Rusiya özü səhvini düzəldəcək, ya da vəziyyət bunu düzəldəcək”.

Qeyd edək ki, Y. Primakovun uşaqlıq və gənclik illəri Gürcüstanda keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR