Bank Of Baku

Bu gün CXP özünə yeni sədr seçəcək

Bu gün CXP özünə yeni sədr seçəcək
# 22 may 2010 02:25 (UTC +04:00)
Bakı-APA. Bu gün Türkiyənin müxalifətçi Cümhuriyyət Xalq Partiyasının 33-cü növbəti qurultayı keçiriləcək. Ankara Atatürk Spor Salonunda 2 gün ərzində həyata keçiriləcək qurultayda 1250 nümayəndə sədr və partiyanın yetkili qurumlarını seçəcəklər.

Qurultayın ilk günündə sədr seçiləcək.

CXP-nin nizamnaməsinə görə sədr postuna namizəd olmaq üçün nümayəndələrin 20%-nin dəstəyi toplanmalıdır.

Keçmiş sədr Dəniz Baykal «kaset qalmaqalı» ilə əlaqədar mayın 10-da vəzifəsindən istefa verib İstanbul millət vəkili Kamal Kılıçdaroğlu isə hazırda sədr postuna namizədliyini irəli sürüb. Seçildiyi təqdirdə Kılıçdaroğlu 7-ci CXP sədr olacaq.

Qurultayın ikinci günündə 20 nəfərlik Mərkəzi İdarə Heyəti, 80 nəfərlik Partiya Məclisi və 15 nəfərlik Nəzarət Təftiş Komissiyası seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR