Bank Of Baku

Türkiyənin ana müxalifət partiyası 7-ci liderini seçib

Türkiyənin ana müxalifət partiyası 7-ci liderini seçib
# 22 may 2010 17:59 (UTC +04:00)
O, sədr kimi ilk çıxışında Bülənt Ecevit və Dəniz Baykaldan sonra bu partiyaya rəhbərlik etməsindən qürur duyduğunu bildirib.

Xatırladaq ki, Kamal Kılıçdaroğlu CXP-nin 7-ci başqanıdır. Sabah CXP-nin icra orqanlarına seçkilər keçiriləcək.

Dəniz Baykal K. Kılıçdaroğlunu CXP sədri seçilməsi münasibətilə təbrik edib.

Qeyd edək ki, Kamal Kılıçdaroğlu 1948-ci ildə Türkiyənin cənub-şərqindəki Tunceli rayonunda dünyaya gəlib. Ankara İqtisadi və Ticari Elmlər Akademiyasını bitirib. Türkiyə Əmək və Sosial Təminat Nazirliyi Sosial Təminat Qurumunun və Sosial Sığorta Qurumunun sədri vəzifələrində çalışıb. Daha sonra nazirlik aparatının rəhbər müavini təyin edilib. 1999-cu ildə təqaüdə çıxıb. 2002-ci və 2007-ci illərdə keçirilən parlament seçkilərində CHP-dən namizədliyini irəli sürüb və İstanbuldan millət vəkili seçilib. Hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi liderləri ilə bağlı sənədli-sübutlu korrupsiya ittihamları ilə çıxış etdikdən sonra ölkədə məşhurlaşıb. 2009-cu il martın 29-da keçirilən bələdiyyə seçkilərində CHP-dən İstanbul bələdiyyə sədrliyinə namizəd olub və 36% səs toplamasına baxmayaraq, 44% səs alan AKP namizədi Qədir Topbaşa uduzub. K. Kılıçdaroğlu evlidir, 3 övladı var. Dini inancına görə Türkiyədə “Ələvi” adlandırılan sufi-müsəlmandır. Xarici dillərdən fransız dilini bilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR