Bank Of Baku

Ştefan Füle: «Ukrayna-Aİ münasibətləri Ukrayna-Rusiya münasibətlərindən asılı deyil»

Ştefan Füle: «Ukrayna-Aİ münasibətləri Ukrayna-Rusiya münasibətlərindən asılı deyil»
# 24 may 2010 23:46 (UTC +04:00)
Sopot. Laçın Sultanova-APA. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı sənədlərin ratifikasiyası yalnız bu iki ölkə arasında vəziyyəti normallaşdırmasına yox, bütün regionda vəziyyətin normallaşdırılmasına xidmət göstərərdi. APA-nın Sopota ezam olunmuş müxbirinin məlumatına görə, bunu Avropa İttifaqının genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle bu gün Şərq Tərəfdaşlığına üzv ölkələrin jurnalistləri ilə görüşdə deyib. Sənədin ratifikasiyasının dayandırılmasının Aİ-ı tərəfindən pis qarşılandığını xatırladan komissar, onun qəbul ediləcəyinə inandığını dilə gətirib.

Ukraynanın Rusiya ilə yaxınlaşmasının Avropa İttifaqı ilə Ukrayna münasibətlərinə təsiri ilə bağlı sualı cavablandıran komissar deyib ki, Ukrayna ilə Aİ arasındakı münasibətlər bu münasibətlərdən asılı deyil. O həmçinin bildirib ki, Aİ Ukraynaya hər zaman qonşuları ilə yaxşı münasibətlərdə olmağı tövsiyə edib.

Belarusda demokratiya və insan haqlarının vəziyyəti ilə bağlı sualı cavablandıran komissar deyib ki, son 6 ayda vəziyyət pisləşib. O Belarus hakimiyyətini qarşıdan gələn prezident seçkilərini ədalətli və şəffaf keçirməyə çağırıb. Komissar deyib ki, seçkilər həmin ölkələrlə Aİ arasında münasibətlərin indikatorudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR