Bank Of Baku

Fransa BMT TŞ-də Şimali Koreyanın cəzalandırılmasını tələb edəcək

Fransa BMT TŞ-də Şimali Koreyanın cəzalandırılmasını tələb edəcək
# 25 may 2010 02:58 (UTC +04:00)
Bakı-APA. Fransa KXDR-nın Cənubi Koreya korvetinə hücumunu cəzasız qoymaq fikrində deyil və BMT Təhlükəsizlik Şurasında müvafiq tədbirlər görülməsini tələb edəcək.

Fransa XİN rəsmi təmsilçisi Bernar Valero belə bir bəyanatla çıxış edib.

«Fransa ən qəti şəkildə bu cinayətkar əməli pisləyir və Cənubi Koreya ilə tamamilə həmrəy olduğunu bildirir. Fransa Şimali Koreyanı məsuliyyət hiss etməyə, gələcəkdə istənilən zorakı addımlardan çəkinməyə və beynəlxalq hüquq normaları çərçivəsinə qayıtmağa çağırır», deyə Fransa XİN-in yaydığı kommünikedə bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR