Bank Of Baku

Lex Valensa: “Avropa İttifaqı ona üzv olmaq istəyənlərin hamısını qəbul etməyə hazır deyil” - FOTO

Lex Valensa: “Avropa İttifaqı ona üzv olmaq istəyənlərin hamısını qəbul etməyə hazır deyil” - <font color=red>FOTO</font>
# 26 may 2010 07:06 (UTC +04:00)
“Şərq Tərəfdaşlığı” proqramına başqalarından fərqli münasibət bəslədiyini deyən Valensa hesab edir ki, həmin ölkələrlə əməkdaşlığı genişləndirmək üçün üzvlük yox, hansısa digər formalar axtarmaq lazımdır.

Azərbaycanla Polşa arasında enerji sahəsində əməkdaşlığına münasibət bildirən Valensa deyib ki, dünya güclərin yerlərini dəyişdirməyə çalışır, dünyada tərəfdaşlıq əlaqələri güclənir və əməkdaşlıq məsələlərində məhz bu prinsiplər əsas rol oynamalıdır: “Müxtəlif strukturlar yaradılır, bazar hər şeyi həll edəcək, təbii ehtiyacların nədən ibarət olduğunu göstərəcək”.

Cənubi Qafqaz ölkələrinin Avropa İttifaqına assosiativ üzvlüyü ilə bağlı sualı cavablandıran Valensa deyib ki, bu ölkələr müasir dünyaya məxsusdurlar: “Ola bilsin ki, elə zaman gələcək ki, xəritədə Asiya və Avropa kimi anlayışlar olmayacaq. Mənim atam ikinci dünya müharibəsi zamanı həlak olub. Ona desəydilər ki, Avropada sərhədlər götürüləcək, Polşa ilə Almaniya arasında əsgərlər dayanmayacaq, o buna inanmazdı.

Qərbin Ukrayna və Belarusa demokratiya sahəsində köməyi məsələsinə toxunan Lex Valensa Avropanın özünün kifayət qədər problemləri olduğunu deyib: “Ukrayna və Belarus öz məsələlərini özləri həll etməlidir, biz onlara yalnız kömək edə bilərik. Belarusun Rusiyadan tam asılı bir ölkədir, Rusiyanın bu ölkəyə enerji sahəsində təzyiq etmək imkanı var. Belə olan halda Avropa bu məsələdə Belarusa kömək edə bilməyəcək. Avropanın Belarusa kömək etməsi üçün çox güclü olması lazımdır. Amma Avropanı Ukrayna və Belarussuz da təsəvvür etmək olmaz”.

Smolensk səmasında Lex Kaçinskinin təyyarəsinin qəzaya uğraması ilə bağlı onun versiyasının olub-olmamasına aid sualı cavablandıran Valensa deyib ki, o əksəriyyətin fikri ilə razı deyil: “Bununla bağlı mənim öz fikirlərim var, amma istintaq hələ bitmədiyi üçün öz fikirlərimi açıqlamaq istəmirəm. Bu hadisə baş verməməli idi. Əgər həmin siyasətçilər təyyarəyə minməmişdən fikirləşsəydilər... Mən deyə biləcəyimdən artıq dedim. İstintaq bitəndən sonra sizinlə fikirlərimi bölüşməyə hazıram”.

Polşada keçiriləcək prezident seçkilərində kimin qələbə qazanmaq şansının daha çox olduğu ilə bağlı sualı cavablandıran eks-prezident Bronislav Komarovskiyə səs verəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR