Bank Of Baku

Gürcüstan paytaxtında 51 metr hündürlüyü olan monumentin açılışı olub

Gürcüstan paytaxtında 51 metr hündürlüyü olan monumentin açılışı olub
# 26 may 2010 16:57 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisin Qəhrəmanlar Meydanında hərbi paltar geyinmiş Gürcüstan prezidenti Mixail Saakaşvili 51 metr hündürlüyü olan monumentin açılışını keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, monumentdə 4000 qəhrəman əsgərin adı həkk olunub. Gürcüstan prezidenti açılış zamanı çıxışında bildirib ki, monumentdə gürcülərlə birlikdə osetin, abxaz, azərbaycanlı və erməni familiyaları var: “Mən onları heç vaxt ayırmaram. Onlar öz qanları bahasına Gürcüstanı azad ediblər”.

Prezident gecələr monumentin hər tərəfdən işıqlandırılacağını söyləyib: “Onu Tiflisin üzərindən uçan hər hansı obyektdən görmək mümkün olacaq”.

Qeyd edək ki, monumentin konstruksiyası 260 tondur və 9 bal gücündə zəlzələyə davamlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR