Bank Of Baku

Şimali və Cənubi Kiprin liderləri görüşüblər

Şimali və Cənubi Kiprin liderləri görüşüblər
# 26 may 2010 18:58 (UTC +04:00)
Bakı-APA. Bu gün Kipr probleminin həlli çərçivəsində Şimali Kipr Türk Cümhuriyyəti prezidentli Dərviş Əroğlu ilə Cənubi Kipr lideri Dimitris Xristofyas ilk dəfə görüşüblər. Liderlərin ilk görüşü təxminən 1,5 saat çəkib və görüşdən sonra BMT Baş katibinin Kipr üzrə nümayəndəsi Aleksander Douner açıqlama verib. Douner görüşdə adada mülkiyyət məsələsinin müzakirə olunduğunu bildirib. O sözügedən məsələdə liderlər arasında yaxınlaşma qeyd olunduğunu və görüşlərin fasilə verildiyi yerdən davam etdiriləcəyini vurğulayıb. BMT Baş katibi Pan Gi Mun hər iki tərəfə göndərdiyi müraciətdə tərəflərin qarşıdakı aylarda ortaq nöqtəyə gələ biləcəklərinə həqiqətən inandığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR