Bank Of Baku

Türkiyənin iki şəhərində zəlzələ baş verib

Türkiyənin iki şəhərində zəlzələ baş verib
# 29 may 2010 08:31 (UTC +04:00)
Bakı – APA. Türkiyənin iki şəhərində zəlzələ baş verib. APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, yeraltı təkanlar Tekirdağ və Ədirnədə qeydə alınıb.

Boğaziçi Universitetinin Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu Beynəlxalq Zəlzələ izləmə Mərkəzindən bildirilib ki, Tekirdağın Malkara qəsəbəsində Rixter şkalası ilə 4,3 bal, Ədirnənin İpsala qəsəbəsində isə 3,6 bal gücündə yeraltı təkanlar baş verib.

Zəlzələlər bir-birinin ardınca – Türkiyə vaxtı ilə saat 08:10-da və 08:13-də qeydə alınıb. Tekirdağdakı zəlzələ yerin 12 km, Ədirnədəki zəlzələ isə 6,7 km dərinliyində baş verib.

İlkin məlumata görə, dağıntı və tələfat yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR