Bank Of Baku

Türkiyənin Rizə rayonunda sel və daşqınlar nəticəsində 7 nəfər ölüb

Türkiyənin Rizə rayonunda sel və daşqınlar nəticəsində 7 nəfər ölüb
# 27 avqust 2010 08:59 (UTC +04:00)
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Rizənin Gündoğdu kəndində sel nəticəsində bir çox ev dağılıb və torpaq altında qalıb. Nəticədə 7 nəfər ölüb, 9 nəfər yaralanıb. Əhali fəlakət zonasından evakuasiya edilir.

Rizə bələdiyyəsinin sədri Xəlil Bakırcı xilasetmə işlərinin davam etdiyini, ölənlərin sayının arta biləcəyini söyləyib. O, bəzi insanların torpaq altında qaldıqlarını güman etdiyini deyib. Baş nazir Rəcəb Tayyib Ərdoğan X. Bakırcıya telefon açaraq vəziyyətlə maraqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR