Bank Of Baku

Eduard Şevardnadze: “Gürcüstanda çörək üsyanı baş verə bilər”

Eduard Şevardnadze: “Gürcüstanda çörək üsyanı baş verə bilər”
# 30 avqust 2010 16:00 (UTC +04:00)
APA-nın xəbərinə görə, E. Şevardnadze ölkəsində nəşr olunan “Asaval-dasavali” qəzetinə açıqlamasında deyib ki, çörək və digər zəruri istehlak məhsullarının qiymətinin həddən çox artması fəlakətdir: “Hökumət bunu dayandırmalıdır. Əks təqdirdə aclıq başlaya bilər. İnsanların çörək almağa pulu olmadıqda inqilablar baş verir”.

E. Şevardnadze Gürcüstanın xarici borcunun 7 milyard dollardan çox olduğunu və bu amilin də ölkəni fəlakətə apardığını söyləyib.

Hökumət isə qiymət artımını Rusiyanın taxıl ixracını dayandırması ilə əlaqələndirir. Prezident Mixail Saakaşvili müvafiq dövlət qurumlarına başqa mənbələrdən taxıl alınmasını və ucuz taxıl idxalı hesabına qiymətlərdə tarazlıq yaradılmasını tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR