Bank Of Baku

Slovakiyada 6 nəfəri öldürüb, 14 nəfəri yaralan sərxoş özünü də vurub

Slovakiyada 6 nəfəri öldürüb, 14 nəfəri yaralan sərxoş özünü də vurub
# 30 avqust 2010 16:14 (UTC +04:00)
Bakı – APA. Bu gün Slovakiyanın paytaxtı Bratislavada dəhşətli cinayət hadisəsi baş verib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, sərxoş vəziyyətdə olan kişinin qonşularına və küçədən keçənlərə atəş açması nəticəsində azı 6 nəfər həlak olub, 14 nəfər yaralanıb. Hadisəni törədən şəxs özünü də vurub.

Faciə Devinska-Nova-Ves rayonunda baş verib. Şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş kişi yaşadığı evin pəncərəsindən qonşu evlərin pəncərələrinə və küçəyə ov silahından atəş açıb. Ölənlərdən 4-ü qadın, 2-si kişidir. Yaralananlar arasında 3 yaşlı qız da var.

Yerli KİV atəş açanların 4 nəfər olduğunu bildirsə də, məlumat rəsmi təsdiqlənmir. Hadisə yerinə polis qüvvələri və xüsusi təyinatlılar cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR