Bank Of Baku

Holland siyasətçi İslam dinini faşizmə bənzədib

Holland siyasətçi İslam dinini faşizmə bənzədib
# 30 avqust 2010 18:27 (UTC +04:00)
Bakı-APA. Hollandiyada qurulacaq koalisiya hökumətinə kənardan dəstək verməsi gözlənilən radikal sağ Müstəqillik Partiyasının lideri Giirt Vilders, islam dini ilə bağlı sərt ifadələr işlədib. Vilders Avstraliya televiziyasına verdiyi müsahibəsində, “islam mədəniyyətinin geridə qaldığını” iddia edərək, "İslam özündə şiddəti ehtiva edən bir ideologiyaya sahibdir. Yəni kommunizm və faşizm kimi” deyə bildirib.

Vilders sözlərinin Hollandiyada qurulmaq üzrə olan yeni koalisiya hökumətinə zərər verəcəyi yönündəki dəyərləndirmələrə isə, "düşündüklərim həqiqətdir. Bunları söyləməyə davam edəcəyəm" cavabını verib.

Liberal Partiyası ilə Xristian Demokratlar Birliyi tərəfindən qurulması planlaşdırılan sağçı hökumətə Vildersin partiyasının kənardan dəstək verməsi gözlənilir.

Vildersin hökumətdə yer almamağının səbəbinin islam və müsəlmanlara qarşı sərt mövqeyi ilə əlaqəli olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR