Bank Of Baku

Fransanın cənub-qərbində meşə yanğınları böyük sahəni bürüyüb

Fransanın cənub-qərbində meşə yanğınları böyük sahəni bürüyüb
# 31 avqust 2010 03:36 (UTC +04:00)
Bakı-APA. Fransanın cənub-qərbindəki Ero departamentində meşə yanğınları böyük sahəyə yayılıb. Güclü küləyin yaydığı yanğın 1600 hektar meşəni məhv edib.

Hazırda yanğınsöndürənlər bir neçə böyük yanğınla mübarizə aparırlar. Güclü tüstü səbəbindən Fransanı İspaniya ilə birləşdirən magistral yol bir neçə saatlıq bağlanıb. Vilverak və Mez şəhərlərinin əhalisi təhlükəsizlik məqsədilə evakuasiya olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR