Bank Of Baku

Terrorçuluğu dəstəkləməklə bağlı Roj-TV-yə qarşı məhkəmə iddiası qaldırılıb

Terrorçuluğu dəstəkləməklə bağlı Roj-TV-yə qarşı məhkəmə iddiası qaldırılıb
# 31 avqust 2010 20:46 (UTC +04:00)
Bakı-APA. Danimarkanın Baş prokuroru İoergen Sten Soerensen bu ölkədən kürdcə yayımlanan Roj-TV-ni terror təşkilatı olan PKK-nı dəstəklədiyini bildirib.
APA-nın СNNTURK saytına istinadən verdiyi xəbərə görə, Roj-TV
Danimarkadan aldığı rəsmi lisenziyaya əsasən yayımlanır.
Danimarka mətbuatı yazır ki, Baş prokurorun sözlərinə görə,
Roj-TV “terror təşkilatı PKK-nın bir qanadı olan Kontra-Gelin hərəkətlərini təşviq edir və dəstəkləyir”.
Bununla yanaşı məhkəmə iddiası Roj-TV-nin arxasında duran “Mesopotamia Broadcast A/S METV” firmasını da əhatə edir.

Baş prokuror bildirib ki, ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyır. Bu televiziyanın proqramlarında “PKK-nın fəaliyyətinə dəstək verilib, bu təşkilatın xeyrinə təbliğat aparılıb”.

Danimarkanın qanunlarına görə terrorçuluğa dəstəyə görə 10 ilə qədər həbs cəzası nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR