Bank Of Baku

Gürcüstan həmkarlar təşkilatlarının nümayəndələri parlamentin qarşısında aksiya keçiriblər – FOTO

Gürcüstan həmkarlar təşkilatlarının nümayəndələri parlamentin qarşısında aksiya keçiriblər – <font color=red>FOTO </font>
# 02 sentyabr 2010 16:52 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın həmkarlar təşkilatlarının nümayəndələri və fəalları parlamentin binası qarşısında etiraz aksiyası keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya iştirakçıları əllərində tutduqları plakatların qarşısında yerə düzülmüş şamları yandırmaqla Tkibuli kömür mədənində həlak olan fəhlələrin xatirəsini yad ediblər və onların ruhuna dualar oxuyublar. Onlar Əmək Məcəlləsində göstərilən təhlükəsizlik qaydalarına əməl olunmadığını bildiriblər.

Tiflis şəhər bələdiyyəsinin kənd təsərrüfatı üzrə həmkarlar təşkilatının sədri Vladimir Lomsadze APA-ya açıqlamasında bildirib ki, fəhlələrin əməyi və təhlükəsizliyi layiqincə müdafiə olunmalıdır: “Bizim tələbimiz odur ki, dövlət istər kömür mədənində çalışanlar, istərsə də sadə əməkçi və fəhlələrin təhlükəsizliyini təmin etsin. Prezident bu günlərdə bu barədə danışıb. Amma hələlik onun təkliflərini həyata keçirən yoxdur”.

Xatırladaq ki, avqustun 27-də axşam saatlarında Tkibuli kömür mədənində baş verən partlayış nəticəsində 4 nəfər ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR