Bank Of Baku

Fransada müəllimlərin ümummilli tətili başlayıb

Fransada müəllimlərin ümummilli tətili başlayıb
# 06 sentyabr 2010 16:27 (UTC +04:00)
Bakı - APA. Fransada müəllimlərin ümummilli tətili başlayıb. APA-nın “France24”-ə istinadən xəbərinə görə, tətil müəllimlərin iki nəhəng həmkarlar təşkilatı tərəfindən təşkil olunub.

Müəllimlər əmək şəraitinin yaxşılaşdırılmasını tələb edir və ixtisarlara qarşı çıxırlar. Eyni zamanda hökumətin pensiya yaşını 2018-ci ildə 60 yaşdan 62-yə qaldırmaq cəhdi də narazılıq yaradıb. Həmkarlar təşkilatları tətildə Fransa müəllimlərinin 1/3-nin, Fransa Təhsil Nazirliyi 5-7%-nin iştirak etdiyini bildirir.

Qeyd edək ki, sabah tətilin daha geniş xarakter alacağı, aksiyaya nəqliyyat və rabitə işçilərinin də qoşulacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR