Bank Of Baku

Əfqanıstana əlavə NATO qüvvələri göndərilə bilər

Əfqanıstana əlavə NATO qüvvələri göndərilə bilər
# 07 sentyabr 2010 01:41 (UTC +04:00)
Bakı-APA. NATO rəsmisinin bildirdiyinə görə, ABŞ-ın Əfqanıstanda beynəlxalq qüvvələrinin komandiri general Deyvid Petreusun xahişinə əsasən alyans bu ölkəyə iki min nəfərdən ibarət əlavə hərbi qüvvə göndərə bilər. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Plan təsdiq edilsə, bu qüvvə artıq Əfqanıstanda mövcud 140 000 nəfərdən ibarət beynəlxalq qüvvələrə qoşulacaq. Brüsseldə adının açıqlanmadığı rəsmi şəxs alyansın 28 üzvündən hansının Əfqanıstana əlavə qüvvə göndərəcəyi ilə bağlı detalları açıqlamayıb. O, planın müzakirə edildiyini bildirb. Rəsminin sözlərinə görə, bu əlavə qüvvənin yarısından çoxu Əfqanıstanın təhlükəsizlik qüvvələrinə təlim verməklə məşğul olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR