Bank Of Baku

Yunanıstan hökumətində ciddi dəyişikliklər edilib

Yunanıstan hökumətində ciddi dəyişikliklər edilib
# 07 sentyabr 2010 04:56 (UTC +04:00)
Bakı-APA. Yunanıstanın baş naziri Yorqos Papandreu hökumətdə ciddi dəyişikliklər edib. Dəyişikliklərin antiböhran tədbirləri ilə əlaqədar olduğu bildirilib. Bklə ki, əvvəllər baş nazirin özünün icra etdiyi daxili işlər naziri vəzifəsi Dimitris Drutsasa həvalə edilib. Polis nazirliyinə rəhbərlik edən Mixalis Xrisoxoidis iqtisadiyyat naziri təyin olunub, onun yerinə isə Xristos Paputsis təyin edilib.

Bir il əvvəl ləğv edilmiş ticarət donanması nazirlyiinin yerinə dəniz, adalar və balıqçılıq məsələləri nazirliyi yaradılıb. Nazirliyə Yannis Diamantidis rəhbərlik edəcək.

Keçmiş iqtisadiyyat naziri Luka Katseli əmək nazirliyinə başçılıq edəcək. Əmək naziri Andreas Loverdos artıq səhiyyə naziridir, keçmiş səhiyyə naziri Mariliza Ksenoyannakopulu isə xarici işlər nazirinin birinci müavini təyin olunub.

Kostas Skandalidis isə kənd təsərrüfatı naziri vəzifəsində Katerina Badzelini əvəz edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR