Bank Of Baku

Gürcüstanın xarici ölkələrdəki səfirləri və konsulları Tiflisə toplaşıb – FOTO

Gürcüstanın xarici ölkələrdəki səfirləri və konsulları Tiflisə toplaşıb – <font color=red>FOTO </font>
# 07 sentyabr 2010 12:02 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan Xarici İşlər Nazirliyində ölkənin xaricdə akkreditə olunmuş səfirləri və digər diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüş başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşü Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze açaraq bu günlərdə Əfqanıstanda həlak olan gürcü zabitinin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edib. Sonra jurnalistlər salondan çıxarılıb.

Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Nalbandov APA-ya açıqlamasında belə görüşlərin hər il keçirildiyini bildirib: “Bu, xaricdə çalışan Gürcüstan səfirlərinin və konsulluq nümayəndələrinin 7-ci görüşüdür”.

Qeyd edək ki, səfirlərin ilk toplantısı 2001-ci ildə Batumi və Borjomidə keçirilib. Sentyabrın 9-da diplomatlar Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR