Bank Of Baku

Gürcüstan Avropa Birliyi ilə ümumi hava məkanı barədə müqavilə imzalayacaq

Gürcüstan Avropa Birliyi ilə ümumi hava məkanı barədə müqavilə imzalayacaq
# 07 sentyabr 2010 14:02 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. “Yeni ildən sonra Gürcüstan Avropa Birliyi ilə ümumi hava məkanı barədə müqavilə imzalayacaq”. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze deyib. Tiflisdə Gürcüstanın xarici ölkələrdəki səfirləri və konsulları ilə görüşən nazir bildirib ki, ötən toplantıdan bəri – bir il ərzində Gürcüstan XİN çox müsbət işlər görüb: “Biz Avropa Birliyi ilə asanlaşdırılmış viza rejimi barədə razılaşma imzalamışıq. Artıq Avropa Birliyi ilə Assosiasiya Sazişi yaratmaq barədə müqavilə imzalanması üçün danışıqlar gedir. Oktyabrda dərinləşdirilmiş ticarət rejimi başlanacaq. Artıq mobil tərəfdaşlıq barədə də müqavilə bağlanıb. Yeni ildən sonra isə Gürcüstan Avropa Birliyi ilə ümumi hava məkanı barədə müqavilə imzalayacaq. Bununla biz Gürcüstan prezidentinin XİN qarşısında qoyduğu tapşırıqları yerinə yetirmiş olacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR