Bank Of Baku

Almaniya əcnəbilərin sayına görə Avropa Birliyinin lideridir

Almaniya əcnəbilərin sayına görə Avropa Birliyinin lideridir
# 09 sentyabr 2010 03:07 (UTC +04:00)
Bakı-APA. Almaniyada Avropa Birliyinin digər ölkələrinə nisbətdə daha çox əcnəbi yaşayır. Bu barədə Avropa Birliyinin Eurostat statistik xidməti məlumat verib. AFR-də əcnəbilər əhalinin 8,8%-ni təşkil edirlər. AB-də bu göstərici 6,4%-ə bərabərdir. Faiz göstəricilərinə görə Almaniya AB-də 9-cu yeri tutsa da, mütləq rəqəmlərə görə birinci yerdədir.

Eurostat-ın məlumatına əsasən, ümumilikdə AB ölkələrində 31 milyon əcnəbi yaşayır. Almaniyada 7 milyondan çox, İspaniyada 5,7 milyon, Böyük Britaniyada 4 milyon, İtaliyada 3,9 milyon, Fransada isə 3,7 milyon gəlmə var.

Ümumilikdə Almaniya, İspaniya, Böyük Britaniya, İtaliya və Fransanın payına AB-də yaşayan əcnəbilərin 75%-i düşür. Əcnəbilərin üçdə bir hissəsi digər AB ölkələrindən gələnlərdir. Onların sayı 11 milyondan artıqdır. 7 milyon əcnəbi digər Avropa ölkələrindən, həmçinin Türkiyə, Mərakeş və Albaniyadan gəliblər. Daha 5 milyon Afrika, Asiya və Amerikadan gələnlərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR