Bank Of Baku

Fransa həmkarlar ittifaqları sentyabrın 23-də iri tətil planlaşdırırlar

Fransa həmkarlar ittifaqları sentyabrın 23-də iri tətil planlaşdırırlar
# 09 sentyabr 2010 04:51 (UTC +04:00)
Bakı-APA. Fransanın iri həmkarlar ittifaqları ölkə vətəndaşlarını sentyabrın 23-də təqaüd islahatına qarşı yeni tətil və nümayiş dalğası həyata keçirməyə çağırıblar.

Fransada təqaüd islahatına qarşı milli tətil sentyabrın 7-də həyata keçirilib. Aksiyada 1,1-2,7 milyon arası insan iştirak edib. Fransa prezidenti Nikolya Sarkozi bildirib ki, fransızların narahatlığına diqqətlə yanaşır və bəzi güzəştlərə getməyə hazırdır, lakin islahat mütləq həyata keçiriləcək.

Həmkarlar ittifaqlarının liderləri hesab edirlər ki, Sarkozinin bəyanatları islahatın «ədalətsiz və qəbuledilməz xarakterini dəyişmir». Bununla bağlı onlar həmvətənlərini 23 sentyabrı «böyük tətil və nümayiş günü» etməyə çağırırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR