Bank Of Baku

Fransa qaraçıların deportasiyasını davam etdirəcək

Fransa qaraçıların deportasiyasını davam etdirəcək
# 10 sentyabr 2010 18:15 (UTC +04:00)
Bakı-APA. Fransa qaraçıların Bolqarıstan və Rumıniyaya deportasiyasını dayandırmaq fikrində deyil. Bu barədə Rumıniyaya səfər edən Fransanın immiqrasiya məsələləri naziri Erik Besson bəyan edib.

Besson Avropa parlamentinin deputatlarının Fransadan dərhal deportasiyaları dayandırmaq tələbindən sonra Rumıniya rəhbərliyi ilə danışıqlar keçirib.

Nazir bildirib ki, Fransa «deportasiya olunmuş qaraçıların Rumıniya cəmiyyətinə inteqrasiyasına yardım göstərəcək». Öz növbəsində rumın hökuməti də qaraçıların inteqrasiyasına yardım göstərməyə söz verib. Rumıniya Fransaya polis əməkdaşlarını göndərəcək. Onlar fransız həmkarlarına Rumıniya vətəndaşlarının törətdikləri cinayətlərlə mübarizə aparmaqda kömək edəcəklər.

Fransa bu ilin avqustundan ölkədə qanunsuz şəkildə yaşayan qaraçıları deportasiya etməyə başlayıb. Fransa hökuməti deportasiyanın könüllü qaydada həyata keçirildiyini iddia edir. Öz vətəninə qayıtmağa razılıq vermiş hər bir ailəyə pul yardımı göstərilir.

Prezident Nikolya Sarkozinin tapşırığı ilə polis yaxın aylarda Bolqarıstan və Rumıniya vətəndaşlarının yaratdıqları 300 qəsəbəni ləğv etmək fikrindədir.

Rumıniya hakimiyyəti Fransanın hərəkətlərinə etiraz edərək problemin ümumavropa yanaşması çərçivəsində həll edilməsini tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR