Bank Of Baku

Avroparlamentin sədri dinlərarası dözüm və hörmətə çağırıb

Avroparlamentin sədri dinlərarası dözüm və hörmətə çağırıb
# 11 sentyabr 2010 04:59 (UTC +04:00)
Bakı-APA. Avroparlamentin sədri Eji Buzek 2001-ci il 11 sentyabr terror aktlarının 9-cu ildönümü ərəfəsində müxtəlif din və mədəniyyətlər arasında hörmət və dözümə çağırıb.

«11 sentyabr heç vaxt dini nifrətin girovu olmamalıdır. Biz insanların vicdan azadlığı hüququnu müdafiə edəcəyik. Biz müxtəlif din və mədəniyyətlər arasında hörmət və dözümü dəstəkləməliyik», deyə Buzekin bəyanatında bildirilir.

Avroparlamentin rəhbəri həmçinin beynəlxalq birliyin terrorçuluqla mübarizədə yekdil mövqedən çıxış etməsini vurğulayıb.

«Beynəlxalq birlik hər gün terror fəaliyyəti ilə mübarizə aparır və çoxsaylı hücumların qarşısını alıb. Terrorçuların nə etmək istədikləri vacib deyil, onlar qalib gələ bilməzlər, çünki bizim üçün hər bir həyat qiymətlidir. Heç bir terrorçu və ya terror aktı heç vaxt bizim fundamental insan haqları və düşüncə azadlığı kimi dəyərlərə olan inamımızı azalda və ya məhv edə bilməz», deyə bəyanatda qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR