Bank Of Baku

Sabah Türkiyədə Konstitusiya referendumu keçiriləcək

Sabah Türkiyədə Konstitusiya referendumu keçiriləcək
# 11 sentyabr 2010 16:13 (UTC +04:00)
APA-nın məlumatına görə, referendumda 49 milyon 446 min 369 seçici səsvermə hüququna malikdir.

Seçicilərə seçki məntəqələrində bir tərəfi ağ, bir tərəfi qəhvəyi rəngdə olan bülleten veriləcək. Ağ rəngin üzərində “Evet” (Bəli), qəhvəyi rəngin üzərində isə “Hayır” (Xeyr) yazılıb. Konstitusiya dəyişikliyini dəstəkləyənlər ağ rəngli səhifənin, dəyişikliyin əleyhinə olanlar isə qəhvəyi rəngli səhifənin üzərinə möhür vuracaq.

Qanunvericiliyə əsasən referendumda kvorum prinsipi tətbiq olunmur. Etibarlı səslərin yarısından çoxunun (50+1) “Bəli” və ya “Xeyr” olması yekun qərar üçün yetərli sayılacaq.

Səsvermə günü yerli vaxtla saat 06-dan 24-ə qədər ölkədə alkoqollu içkilərin satışı və ictimai yerlərdə alkoqoldan istifadə olunması qadağandır. Səsvermə müddətində əyləncə yerləri qapalı olacaq. Saat 18.00-a qədər KİV-də referendumun nəticələri haqqında xəbər yayılmasına yol verilmir. Saat 18-dən 21-ə qədər isə yalnız Ali Seçki Qurumunun məlumatları yayıla bilər. Lakin Ali Seçki Qurumunun icazəsi ilə saat 21-dən əvvəl nəticələr açıqlana bilər.

Referendumda seçicilər Konstitusiyanın 24 maddəsinə edilən dəyişikliyə münasibət bildirəcək. Bunların arasında 2 maddə - Konstitusiya Məhkəməsi ilə Hakimlər və Prokurorlar Ali Qurumunun (Azərbaycandakı Məhkəmə-Hüquq Şurasının analoqu) tərkibinə dəyişiklik edilməsinə dair maddələr ölkədə çox ciddi mübahisələrə və cəmiyyətin ikiyə bölünməsinə gətirib çıxarıb. Müxalifət hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasını (AKP) bu dəyişiklik vasitəsilə məhkəmə hakimiyyətini ələ keçirmək cəhdində ittiham edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR