Bank Of Baku

Danimarkada yüksək terror təhlükəsi rejimi tətbiq olunub

Danimarkada yüksək terror təhlükəsi rejimi tətbiq olunub
# 11 sentyabr 2010 22:39 (UTC +04:00)
Bakı-APA. Danimarka hökuməti ölkədə yüksək terror təhlükəsi rejimi tətbiq edib.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, hökumət bu qərarı Kopenhagendə bir kiçik oteldə baş vermiş partlayışdan sonra verib.
Partlayış törədən və yüngül xəsarət alan otelin müştərisi həbs edilib. Məhkəmənin qərarı ilə o, oktyabrın 4-nə qədər həbsxanada saxlanacaq.
Danimarkanın Təhlükəsizlik Xidmətinin rəhbəri Jakob Şarf bildirib ki, partlayışın uğursuz terror cəhdi olması ehtimal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR