Bank Of Baku

Barak Obama Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Barak Obama Rəcəb Tayyib Ərdoğanı təbrik edib
# 13 sentyabr 2010 08:02 (UTC +04:00)
Bakı – APA. ABŞ prezidenti Barak Obama 12 sentyabrda keçirilən Konstitusiya referendumundakı qələbə münasibətilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı təbrik edib. APA-nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, ümumxalq səsverməsinin nəticələri bəlli olduqdan sonra xaricdən ilk təbrik zəngi B. Obamadan gəlib. R. T. Ərdoğana telefon açan ABŞ prezidenti referendumun nəticəsini Türkiyə demokratiyasının zənginliyi kimi qiymətləndirib. O bildirib ki, referendumda iştirak faizinin yüksək olması Türkiyədə demokratiyanın dinamizmini göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR