Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan: “Yeni Konstitusiya hazırlayacağıq”

Rəcəb Tayyib Ərdoğan: “Yeni Konstitusiya hazırlayacağıq”
# 13 sentyabr 2010 08:30 (UTC +04:00)
Bakı – APA. “Türkiyə Ramazan bayramından sonra demokratiya bayramından da üzüağ çıxdı”. APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu sözləri sentyabrın 12-də keçirilən Konstitusiya referendumunun nəticələrinə münasibət bildirən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. O, nəticəni belə şərh edib: “Konstitusiyamızın 26 maddəsinə edilən dəyişiklik 58 faiz səslə qəbul edilib. Əziz millətimiz öz səlahiyyətindən istifadə edərək dəyişiklik paketini təsdiqlədi. Qənaətimizcə, qutudan çıxan əsas mesaj budur ki, xalqımız daha inkişaf etmiş demokratiya, daha çox azadlıq, hüququn, milli iradənin üstün olduğu bir cəmiyyəti istəyi. Bu gün öz imtiyazlarını qorumaq istəyənlər deyil, cəmiyyətin ədalət tələbi, haqq və hüquq qələbə qazandı. Başımız dik, üzümüz ağ olaraq deyirik ki, ümumxalq səsverməsində millətimizin iradəsi ortaya qoyuldu”.

R. T. Ərdoğan “bəli” deyənlərlə yanaşı, “xeyr” deyənlərin də qalib gəldiyini, Türkiyədə yeni bir mərhələnin başlandığını söyləyib. O, dəyişikliklərin yetərli olmadığını və yeni Konstitusiya hazırlayacaqlarını da açıqlayıb. Baş nazir Konstitusiya dəyişikliklərinə dəstək verən nurçuların lideri Fətullah Gülənə də ad çəkmədən təşəkkür edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR