Bank Of Baku

Dövlət Bağçalı: “Türkiyə ciddi risk və təhlükələrlə dolu qaranlıq bir gələcəyə qədəm qoyub”

Dövlət Bağçalı: “Türkiyə ciddi risk və təhlükələrlə dolu qaranlıq bir gələcəyə qədəm qoyub”
# 13 sentyabr 2010 09:02 (UTC +04:00)
Bakı – APA. “Konstitusiya dəyişikliyinin referendumda qəbul edilməsi ilə Türkiyə ciddi risk və təhlükələrlə dolu qaranlıq bir gələcəyə qədəm qoyub. Dərhal növbədənkənar parlament seçkiləri keçirilməlidir”. APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu sözləri 12 sentyabr referendumunun nəticələrini şərh edən Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı deyib. Ümumxalq səsverməsinin nəticələri bəlli olduqdan sonra yazılı açıqlama ilə çıxış edən D. Bağçalı referendum kampaniyasında AKP-nin dövlət imkanlarından istifadə edərək rüşvət və şantaj üsullarından istifadə etdiyini söyləyib.

Qeyd edək ki, referendum kampaniyasında öz seçicilərini Konstitusiya dəyişikliklərinə “yox” deməyə çağıran MHP rəhbərliyi istəyinə nail ola bilməyib. Belə ki, MHP-nin güclü olduğu vilayətlərin əksəriyyətində əhali Konstitusiya dəyişikliyinə dəstək verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR