Bank Of Baku

İran diplomatı Finlandiyada siyasi sığınacaq istəyir

İran diplomatı Finlandiyada siyasi sığınacaq istəyir
# 14 sentyabr 2010 02:28 (UTC +04:00)
Bakı-APA. Helsinkidə İran səfirliyində çalışan diplomat vəzifədən çıxdıqdan sonra Finlandiyada siyasi sığınacaq alacağını bildirib. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Hüseyn Əlizadə deyib ki, o, İran hökuməti keçən il prezident Mahmud Əhmədinejadın yenidən prezident seçilməsinə etiraz edən insanları təqib etdiyinə görə vəzifəsindən gedir. Əlizadə prezident Əhmədinejadı 2009-cu ildə seçkiləri saxtalaşdırdığını deyib. O bildirib ki, Əhmədinejad İranı təmsil etmir və iranlılar arasında populyar deyil. Əlizadə İran hökumərinə etiraz edərək, Avropada vəzifəsindən gedən ikinci diplomatdır. Yanvar ayında Norveçdə vəzifəsini tərk edən Məhəmməd Rza Heydəriyə bu ölkədə siyasi sığınacaq verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR