Bank Of Baku

Türkiyə jurnalist Qrant Dinkin ailəsinə 133 min avro təzminat ödəməyə məhkum edilib

Türkiyə jurnalist Qrant Dinkin ailəsinə 133 min avro təzminat ödəməyə məhkum edilib
# 14 sentyabr 2010 11:57 (UTC +04:00)
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, AİHM Q. Dinkin ailə üzvlərindən fərqli tarixlərdə daxil olmuş 5 şikayəti birləşdirərək ümumi qərar çıxarıb. Qərara əsasən Türkiyə dövləti Avropa İnsan Haqları Konvensiyasının yaşamaq hüququ ilə bağlı 2-ci, söz azadlığı ilə bağlı 10-cu və effektiv hüquqi müdafiə ilə bağlı 13-cü maddələrini pozmaqda təqsirli bilinərək Q. Dinkin ailəsinə 133 min avro təzminat ödəməyə məhkum edilib.

Qeyd edək ki, ailənin müraciətində bildirilirdi ki, dövlət jurnalistin yaşamaq hüququnu müdafiə edə bilməyib, sui-qəsd hadisəsinin istintaqını effektiv şəkildə aparmayıb və Q. Dink Türkiyədə mühakimə olunmaqla radikal qüvvələrin hədəfi halına gətirilib.

Xatırladaq ki, İstanbulda erməni və türk dillərində nəşr olunan “Agos” qəzetinin təsisçisi və baş redaktoru Qrant Dink 2007-ci il yanvarın 19-da redaksiyanın qarşısında tapançadan açılan 3 güllə ilə öldürülüb. Qatil Ogün Samast hadisədən sonra yaxalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR