Bank Of Baku

Türkiyənin Solonikidəki konsulluğunun binasına hücum olub

Türkiyənin Solonikidəki konsulluğunun binasına hücum olub
# 18 sentyabr 2010 16:23 (UTC +04:00)
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında bir neçə nəfər maskalı şəxs Soloniki şəhərində Türkiyə konsulluğunun binasına hücum ediblər. Həmin şəxslər benzinlə doldurulmuş şüşə butulkaları binanın mühafizəsini təşkil edən polis əməkdaşlarının oturduqları köşkə atıblar.

Hadisə zamanı nə diplomatik korpus, nə də polis əməkdaşlarından heç kəs xəsarət almayıb. Baş verən yanğının isə qarşısı alınıb. Konsulluğa hücum edən şəxslər qaçmağa müyəssər olublar.

Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyat keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR