Bank Of Baku

Almaniyada vəkil qadın ərini, oğlunu və xəstəxana əməkdaşını güllələyib, üç nəfəri isə ağır yaralayıb

Almaniyada vəkil qadın ərini, oğlunu və xəstəxana əməkdaşını güllələyib, üç nəfəri isə ağır yaralayıb
# 20 sentyabr 2010 07:29 (UTC +04:00)
Bakı-APA. Almaniyanın Lerrax şəhərində qadın ərini və oğlunu güllələyib, daha sonra evini yandırıb. APA-nın məlumatına görə, yanğınsöndürənlər alovu söndürdükdən sonra kişinin və azyaşlı uşağın yanmış cəsədlərini aşkarlayıblar. Şahidlərin sözlərinə görə, evi yandırdıqdan sonra qadın əlində silah küçəyə qaçıb və atəş açaraq qarşısına çıxan iki nəfəri ağır yaralayıb. Daha sonra qadın Müqəddəs Yelizaveta xəstəxanasına daxil olaraq xaotik atəş açmağa başlayıb. Atəş nəticəsində bir sanitar ölüb, xəstəxananı mühafizə xidmətinin əməkdaşı olan polis isə ayağından yaralanıb. Hadisə yerinə xüsusi təyinatlılar gəlib, onların təslim olmaq tələbinə tabe olmayan qadın atəşi davam etdirib və nəticədə öldürülüb. 43 yaşlı Sabina adlı qadının vəkil olduğu, bir il əvvəl ərindən boşandığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR