Bank Of Baku

Rusiya Baş Prokurorluğu Əhməd Zakayevin ekstradisiyası üçün Polşaya sorğu göndərib

Rusiya Baş Prokurorluğu Əhməd Zakayevin ekstradisiyası üçün Polşaya sorğu göndərib
# 20 sentyabr 2010 16:47 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə prokurorluğun rəsmi nümayəndəsi Marina Qridneva bildirib: “Əhməd Zakayev ağır və xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunur. Onun cinayət məsuliyyətinə cəlb olunması üçün ekstradisiya edilməsi ilə bağlı Polşa tərəfinə müraciət olunub. Sorğuda bildirilib ki, Zakayev veriləcəyi təqdirdə, onun saxlanma, müraciət və digər hüquqları beynəlxalq standartlara uyğun təmin ediləcək”.

M. Qridneva Polşa tərəfinin siyasi məqamları deyil, beynəlxalq hüququ əsas götürərək, sorğuya müsbət cavab verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Qeyd edək ki, Polşa polisi Ə. Zakayevi sentyabrın 17-də saxlayaraq, Varşava dairə Prokurorluğuna gətirib. Ə. Zakayev isə bildirib ki, o özü də Rusiya tərəfinin suallarını cavablandırmaq üçün dairə Prokurorluğuna getmək niyyətində olub. Dairə prokurorluğu, öz növbəsində məhkəməyə müraciət edərək, Ə. Zakayevin 40 gün müddətinə həbs olunmasını xahiş edib. Lakin məhkəmə bu xahişi yerinə yetirməyib, Ə. Zakayevi sərbəst buraxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR