Bank Of Baku

Varşava prokurorluğu: Zakayev barəsində qərar cümə gününədək qəbul olunacaq

Varşava prokurorluğu: Zakayev barəsində qərar cümə gününədək qəbul olunacaq
# 21 sentyabr 2010 02:41 (UTC +04:00)
Bakı-APA. Varşava mahal prokurorluğu cümə gününədək terrorçu fəaliyyətə görə Rusiyanın beynəlxalq axtarışa verdiyi Əhməd Zakayevin işi üzrə apelyasiyaya dair qərar qəbul edəcək. Bu barədə prokurorluğun mətbuat katibi Monika Levandovskaya məlumat verib.

«Qərar cümə gününədək qəbul ediləcək. Hazırda prokurorluq məhkəmənin beynəlxalq hüquqa söykənən və dərin təhlilə ehtiyacı olan qərarını nəzərdən keçirir», deyə Levandovskaya bildirib.

Xatırladaq ki, Varşava mahal məhkəməsi sentyabrın 17-də Əhməd Zakayev barəsində həbs qərarı çıxarmaqdan imtina edib və onu məhkəmə zalından sərbəst buraxıb.

Əhməd Zakayev Varşavaya Ümumdünya Çeçen Konqresində iştirak etmək üçün gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR