Bank Of Baku

Parisdə terrorçu qadını axtarılır

Parisdə terrorçu qadını axtarılır
# 21 sentyabr 2010 18:28 (UTC +04:00)
Bakı-APA. Fransa kəşfiyyat orqanları Parisdə terror aktı hazırlayan terrorçu qadının axtarışını aparır. APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, Fransa xüsusi xidmət orqanlarına Parisdə planlaşdırılan partlayış barədə informasiyanı əlcəzairli həmkarları verib. Fransanın xarici işlər naziri Bric Ortefe bildirib ki, təhlükə kifayət qədər realdır. Ölkə uzun müddətdir ki, radikal islamçıların diqqət mərkəzindədir.
Hava limanı, qatar stansiyaları, şəhər infrastrukturunu minlərə polis mühafizə edir.
Bu yaxınlarda Britaniyanın kəşfiyyat orqanları Londonda terror təhlükəsi barədə xəbər yayıb. Onların sözlərinə görə, təhlükə Əl Qaidə və İrlandiya Respublika Ordusu (IRA) ekstremistləri tərəfindən gəlir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR