Bank Of Baku

Fransa müdafiə naziri: Avropa ABŞ və Çinin hərbi təzyiqinin qarşısında aciz qalacaq

Fransa müdafiə naziri: Avropa ABŞ və Çinin hərbi təzyiqinin qarşısında aciz qalacaq
# 25 sentyabr 2010 04:59 (UTC +04:00)
Bakı-APA. Avropa ölkələri öz silahlı qüvvələrini inkişaf etdirməsələr ABŞ və Çinin hərbi təzyiqi ilə üzləşə bilərlər. Fransanın müdafiə naziri Erve Moren bu fikirdədir.

Fransız nazirin sözlərinə görə, beynəlxalq siyasətə təsir imkanlarını saxlaya bilmək üçün AB ölkələri hərbi qüdrətlərinin artırılmasına daha çox diqqət ayırmalıdırlar.

Beləliklə Moren Avropa Birliyi ölkələrinin hərbi büdcələri azaltmaq barədə planlarına etirazını bildirib.

«Bu yolla gedərək Avropa sürətlə protektorata çevrilir və artıq 50 ildən sonra biz yeni supergüclərin balansı fonunda əhəmiyyətsiz qüvvəyə çevriləcəyik. Əsas söz isə ABŞ-Çin tandeminə məxsus olacaq», deyə fransız nazir vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR