Bank Of Baku

Tiflisdə etiraz aksiyası keçirilib - FOTOSESSİYA

Tiflisdə etiraz aksiyası keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 28 sentyabr 2010 15:16 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan parlamentinin qarşısında qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə yeni Konstitusiya layihəsi ilə əlaqədar səssiz etiraz aksiyası keçirilib. Müxalifət lideri Eka Beseliya APA-ya açıqlamasında birinci oxunuşda qəbul edilən yeni Konstitusiya layihəsinin demokratik prinsiplərə cavab vermədiyini deyib: “Yeni Konstitusiya prezident Saakaşvilinin marağından irəli gəlir. Bu Konstitusiyanı qəbul etməklə o, baş nazir olmaq istəyir. Bu model düzgün deyil. İctimaiyyət və xalq bu layihəni dəstəkləmir”.

Gürcüstan parlamentinin müxalifətçi üzvü Georgi Tseqareişvili də yeni Konstitusiya layihəsinə neqativ yanaşdığını açıqlayıb: “Çünki bu layihəni prezidentin başçılıq etdiyi Milli Hərəkat Partiyası yaradıb. Bu, normal proses deyil. Mən fikirləşirəm ki, çoxmillətli Gürcüstan üçün bu yeni layihə pis nəticə verəcək. Burada etnik azlıqların rəyi də yoxdur. 1937-ci ildə Stalin özü Konstitusiya yazmışdı. O zaman Sovet Konstitusiyasında bildirilirdi ki, hər bir respublika istədiyi vaxt Sovet İttifaqının tərkibindən çıxa bilər. Halbuki bunu heç kim edə bilməzdi. Konstitusiyanı xalq yazmalı və orada xalqın tələbləri ifadə olunmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR