Bank Of Baku

İspaniya polisi 3 ETA üzvünü ələ keçirib

İspaniya polisi 3 ETA üzvünü ələ keçirib
# 29 sentyabr 2010 23:29 (UTC +04:00)
Bakı-APA. İspaniya polisi ölkənin şimalındakı Bask bölgəsinin müstəqilliyi uğrunda mübarizə aparan və Avropa Birliyi terror təşkilatları siyahısında olan ETA-nın üzvü olan 3 nəfərin yaxalandığını aparılan axtarışda partlayıcı üçün istifadə edilən 100 kilodan artıq sursatın tapıldığını bildirib.

Bask bölgəsində dünən həyata keçirilmiş əməliyyatda yaxalanan 3 ETA üzvündən, Xavyer Atristain Qorosabel adlı bir nəfərin polisin en çox axtarılanlar siyahısında olduğu qeyd olunur.

Qeyd edək ki, ETA sentyabrın 5-dən atəşkəs elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR