Bank Of Baku

ATƏT Parlament Assambleyasının payız sessiyasının gündəliyi bəlli olub

ATƏT Parlament Assambleyasının payız sessiyasının gündəliyi bəlli olub
# 01 oktyabr 2010 10:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ATƏT-in Parlament Assambleyasının qarşıdakı 9-cu payız sessiyasının əsas müzakirə mövzuları korrupsiya ilə mübarizə, insan alveri və Qara dəniz hövzəsində iqtisadi və infrastruktur sahələrində əməkdaşlıq məsələləri olacaq. APA-nın xəbərinə görə, bu barədə ATƏT PA-nın saytında məlumat verilib.

Sessiya oktyabrın 8-11-də İtaliyanın Palermo şəhərində keçiriləcək. Sessiyanın ilk günündə Qara dəniz hövzəsində iqtisadi və infrastruktur sahələrində əməkdaşlıq, bölgə ilə əlaqəli ətraf mühit və mədəniyyət məsələləri müzakirə ediləcək. Oktyabrın 9-da transmilli mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizəyə həsr olunmuş konfrans keçiriləcək.

Sessiyada 50 üzv ölkədən 200-dən çox parlamentar iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR