Bank Of Baku

Anders Foq Rasmussen: “Gürcüstan mütləq NATO-nun üzvü olacaq”

Anders Foq Rasmussen: “Gürcüstan mütləq NATO-nun üzvü olacaq”
# 01 oktyabr 2010 10:41 (UTC +04:00)
APA-nın “Novosti-Qruziya agentliyinə istinadən yaydığı məlumata görə, bu bəyanatı Tiflisdə Gürcüstan parlamentinin sədri David Bakradze ilə görüşündə NATO-nun baş katibi Anders Foq Rasmussen verib. O bildirib ki, bu qərar alyansın Buxarest sammitində qəbul olunub və heç vəchlə şübhə altına alına bilməz.
A. F. Rasmussen NATO-nun Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini də bəyan edərək 2008-ci ildə bu ölkə ilə Rusiya arasında imzalanmış atəşkəs sazişinə əməl olunmasını, Gürcüstanın işğal altındakı ərazilərinin azad olunmasını tələb edib.
Görüş qapalı şəraitdə keçib. Görüşdə parlament çoxluğunun və parlament müxalifətinin nümayəndələri də iştirak edib. A. F. Rasmussen səfəri çərçivəsində Gürcüstan prezidenti Mixail Saakaşvili ilə də görüşəcək və NATO-nun Gürcüstan ofisinin açılışına qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR